AFFA “Sabah”ın şikayətinə baxdı
20.10.2023 - 17:23
AFFA “Sabah”ın şikayətinə baxdı

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Apasport.az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

Yığıncaqda “Sabah”ın şikayətinə baxılıb. Yekunda aşağıdakı qərarlar qəbul olunub:

1. “Sabah” Futbol Klubu tərəfindən verilən apelyasiya şikayəti qismən təmin edilsin.

2. AFFA Gənclər Liqası çərçivəsində 07 oktyabr 2023-cü il tarixində keçirilən “Sabah” FK – “Araz-Naxçıvan” PFK oyununda “Sabah” FK komandasının heyətində çıxış edən 13 nömrəli futbolçu Tuncay Cəfərli qarşılaşmanın 72-ci dəqiqəsində topsuz rəqibi vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığından İntizam Məcəlləsinin 40.3-cü maddəsi ilə nəzərdə tutulan əmələ görə onun 4 oyunluq cəzalandırılması barədə AFFA-nın İntizam Komitəsinin 12 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin.

3. Futbolçu Tuncay Cəfərlinin həmin davranışı İntizam Məcəlləsi ilə müəyyən edilmiş “ciddi qayda pozuntusu” kimi qiymətləndirilsin və oyun zamanı birbaşa qırmızı vərəqə ilə cəzalandırılması nəzərə alınmaqla bu Məcəllənin 39.1-ci maddəsi ilə əhatə olunan əməli törətdiyinə görə matçlardan 2 oyun kənarlaşdırılsın.

4. Apelyasiya şikayəti qalan hissədə təmin edilməsin.

writer photo
Əlirza Əlirzalı
0