Belotti yeni klubu ilə müqavilə bağladı
28.08.2022 - 23:29
Belotti yeni klubu ilə müqavilə bağladı

İtaliya millisinin hücumçusu Andrea Belotti “Roma”ya keçib.

Apasport.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Açıqlamada bildirilib ki, 29 yaşlı forvardın A seriyası təmsilçisi ilə müqaviləsi 2 illikdir. Sözləşmənin daha iki il uzadılması variantı var. O, “Roma”ya keçmək üçün bir neçə İngiltərə, Fransa və Türkiyə klubunun təklifini rədd edib.

Qeyd edək ki, Andrea Belotti ötən mövsümün sonunda “Torino”dan ayrılıb.

writer photo
Əlirza Əlirzalı
0