AFFA Türkiyə millisinin sabiq çalışdırıcısına təklif göndərib
07.05.2024 - 11:17
AFFA Türkiyə millisinin sabiq çalışdırıcısına təklif göndərib

Türkiyə yığmasının sabiq çalışdırıcısı Ştefan Kunts Azərbaycan millisinin baş məşqçisi olmağa əsas namizədlərdən biridir.

Apasport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, AFFA 62 yaşlı mütəxəssislə danışıqlar aparır. 

Məlumata görə, mütəxəssisin xidmətində Almaniyanın “Bavariya” klubu və Kanada yığmasının da maraqlı olduğu bildirilib.

Qeyd edək ki, Ştefan Kuntsun son iş yeri Türkiyə millisi olub. O, ötən ilin sentyabrında istefaya göndərilib. 

writer photo
Əlirza Əlirzalı
0