Afrika Kuboku-2024 başlayır
26.12.2023 - 22:17
Afrika Kuboku-2024 başlayır

Futbol üzrə Arika Kubokunun başlamasına qısa müddət qalır.

Apasport.az xəbər verir ki, yarış 2024-cü il yanvarın 13-dən fevralın 11-dək Kot-d'İvuarda təşkil olunacaq.

Əvvəlcə turnir 2023-cü ilin yayında keçirilməli idi, lakin bölgədəki daşqınlar səbəbindən yarışın tarixləri təxirə salındı.


2024-cü il Afrika Millətlər Kubokunda Nigeriya,
Fil Dişi Sahili, Qvineya-Bisau, Ekvatorial Qvineya, Qana, Misir, Kapo Verde, Mozambik, Kamerun, Seneqal, Qvineya, Qambiya, Anqola, Əlcəzair, Burkina Faso, Mavritaniya, Namibiya, 
Tunis, Mali, Cənubi Afrika, Mərakeş, Zambiya,
Konqo Demokratik Respublikası və Tanzaniya milliləri mübarizə aparacaq. 


2024-cü il Afrika Kuboku bir neçə mərhələdə keçiriləcək: əvvəlcə 24 komanda qrup turnirində oynayacaq (hər qrupda 4 komanda var), sonra isə yarışın 1/8 finalından pley-off mərhələsi başlayacaq.

Yarışlar  Kot-d'İvuarın beş şəhərində keçiriləcək: Abidjan, Buake, San Pedro, Yamoussoukro və Korhoqo.

Qeyd edək ki, Afrika kubokunun hazırkı qalibi Seneqal komandasıdır. 2022-ci ilin fevralında komanda turnirin finalında Misiri penaltilər seriyasında məğlub edib (0:0, 4-2).

writer photo
Əlirza Əlirzalı
0