AMADA Azərbaycan Kikboksinq Federasiyası üçün seminar təşkil edib
21.08.2024 - 14:18
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan Kikboksinq Federasiyasının idmançıları üçün antidopinq maarifləndirmə seminarı təşkil edib.
Apasport.az xəbər verir ki, tədbirdə idmançılara qida əlavələri, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib.
Bundan əlavə, narkotik vasitələr, onların zərərləri və cəmiyyətə olan təsirlərindən də danışılıb. Əvvəlcə sorğuda iştirak edən idmançılar maarifləndirmə seminarından sonra da öz biliklərini yoxlayıblar.
0
0