"Qarabağ" evdə layiqli qələbə qazandı. Məncə, normal nəticədir”.
Bunu apasport.az saytına "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli deyib.
Ağdam klubunda 10 ilə yaxın oynamış albaniyalı Azərbaycan çempionunun Konfrans Liqasının pley-off mərhələsinin "Gent"lə qarşılaşması barədə fikirlərini bildirib. O, Bakıda qeydə alınan 1:0 hesablı qələbənin normal olduğunu deyib: “Doğrudur, daha da yaxşı ola bilərdi. Amma pis də deyil. Çünki "Qarabağ" heç də pis komanda ilə qarşılaşmırdı. "Gent" yetərincə normal və güclüdür. Bütün bunları nəzərə alanda, "Qarabağ"ın yaxşı nəticə əldə etdiyini düşünürəm. Hər şeyə açıq oyun idi. "Gent"in də, "Qarabağ"ın da şansları oldu. Son dəqiqələrdə Redon Cica çox yaxşı qol şansı əldə etdi. Təəssüf ki, dirək fərqlənməyə imkan vermədi. İlk matç üçün yaxşı nəticədir, ümidvaram ki, sonluq da "Qarabağ" üçün yaxşı olacaq".
Aqolli Qurban Qurbanovun komandasının Belçikada keçirilək cavab oyunu ilə bağlı şanslarını da dəyərləndirib: "Bu nəticə "Qarabağ"a növbəti mərhələ üçün daha çox avantaj verir. Amma görək Belçikadakı oyun necə alınacaq. Hər halda, "Gent" "Qarabağ"ı evdə qəbul edəcək. Ancaq Ağdam klubunun da səfərdə yaxşı oymamaq psixologiyası var. Onlar rəqib meydanında da inamlı mübarizə aparır, nəticə qazana bilirlər. Necə oyun olacağını proqnoz etmək çətindir. Amma böyük ehtimalla elə Bakıdakı matç kimi olacaq. Yenə də, hər iki tərəf açıq futbol oynayacaq. Təbii ki, hər zaman "Qarabağ"ı izləyirəm və onlara azarkeşlik edirəm, ürəyim onlar üçün döyünür. Belçikadakı oyun da Bakıdakı kimi hər şeyə açıqdır. Ümid edirəm ki, mərhələni keçən tərəf "Qarabağ" olacaq".
Qeyd edək ki, “Gent” – “Qarabağ” oyunu fevralın 23-də keçiriləcək.