“Nyukasl”da yeni müqavilə
28.01.2023 - 12:46
“Nyukasl”da yeni müqavilə

“Nyukasl” futbolçusu Kiran Tripyerlə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı müdafiəçi daha 2 illik anlaşma imzalayıb.

Onun əvvəlki sözləşməsi yayda başa çatmalı idi. Kiran 2025-ci ilin yayına qədər İngiltərə klubunda qalacaq.

Qeyd edək ki, müdafiəçi 2022-ci ilin yanvarından “Nyukasl”da çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0