Avropa Liqasının 1/4 final oyunlarından sonra yarışın favoritləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, yarımfinalda mübarizə aparacaq 4 komandanın kuboku başı üzərinə qaldırmaq əmsalı bəlli olub.
“Sevilya” ilə bacarmayan “Mançester YUnayted”in mübarizəni dayandırmasından sonra əsas favorit dəyişib. “Yuventus”un şansı 2,95 əmsalla dəyərləndirilir.
İtaliyalıların yarımfinaldakı rəqibi “Sevilya” isə ən şanssız komanda sayılır. Avropa Liqasının 6 qat qalibinin əmsalı 4,50-dir.
Digər cütdə üz-üzə gələnlərdən “Bayer” şanslıdır. Almaniyalıların əmsalı 3,85, “Roma”da isə 4,00-a bərabərdir.