Araz Abdullayev seçim qarşısında
30.12.2022 - 16:29
Araz Abdullayev seçim qarşısında

Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayev yenidən legioner həyatı yaşaya bilər.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Türkiyə və Kipr klublarının maraq dairəsinə düşüb.

“Sumqayıt”la yolları ayrıldıqdan sonra azad agent statusuna malik olan Araz vaxtilə bu ölkələrdə çıxış edib. Bu üzdən də Türkiyə və Kipr klubları onun ustalığına bələddir.

Lakin Abdullayev vətəndə qalmağa meyllidir. Bu üzdən də yarımmüdafiəçi öncə “Səbail” variantını nəzərdən keçirir. Əgər maliyyə məsələsində razılıq əldə olunsa, Araz paytaxt klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Abdullayev cari mövsüm Premyer Liqada 11 matç keçirib.

writer photo
Əlirza Əlirzalı
0