“Araz-Naxçıvan” müdafiə xəttini gücləndirir
17.07.2024 - 15:31
“Araz-Naxçıvan” müdafiə xəttini gücləndirir

“Araz-Naxçıvan” heyətinə daha bir müdafiəçi cəlb etməyi planlaşdırır.

Apasport.az saytına verilən məlumata görə, söhbət Slavik Alxasovdan gedir.

Naxçıvan təmsilçisinin çalışdırıcısı Elmar Baxşıyev 31 yaşlı sol cinah müdafiəçisini sərəncamında görmək istəyir. Hazırda danışıqlar davam etdirilir.

Alxasov “Araz-Naxçıvan”a keçməyə razı olsa da, komandaya Bakıda qoşulacaq. 31 yaşlı futbolçunun son komandası “Turan Tovuz” olub. O, karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran”, “Keşlə”(indiki “Şamaxı”), “Sabah”, “Zirə” komandalarında da oynayıb.
 

writer photo
Əlirza Əlirzalı
0