"Fənərbaxça"nın futbolçusu Premyer Liqa yolunda
23.11.2023 - 21:41
"Fənərbaxça"nın futbolçusu Premyer Liqa yolunda

"Fənərbaxça"da heyətə düşə bilməyən Rayan Kentin qışda komandadan ayrılma ehtimalı getdikcə artır.

Apasport.az xəbər verir ki, baş məşqçi İsmail Kartalın etimadanı qazana bilməyən ingilis vinger karyerasını ölkəsində davam etdirməyə yaxındır. Bu barədə Şotlandiya mətbuatı məlumat yayıb.

27 yaşlı ön xətt oyunçusunun "Şeffild Yunayted"lə razılıq əldə etdiyi bildirilir. "Renn" və "Reyncers"in də transfer etmək istədiyi futbolçu Premyer Liqada oynamaq istəyir.

Qeyd edək ki, "Fənərbaxça" Rayan Kenti mövsümün əvvəlində "Reyncers"lə müqaviləsi bitdikdən sonra azad agent statusu ilə heyətinə qatmışdı. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0