Messi və komandasının daha bir qurbanı
24.11.2022 - 14:18
Messi və komandasının daha bir qurbanı

DÇ-2022-yə uğursuz başlayan Argentina milli komandasının daha bir proqnozsevəri məyus etdiyi üzə çıxıb.

Apasport.az saytının məlumatına görə, mərc həvəskarlarından biri cənubi amerikalıların Səudiyyə Ərəbistanı üzərində qələbəsinə 89 min funt sterlinq qoyub.

Həmin vaxt Lionel Messi və komandasının qalib gəlmək əmsalı 1,17-yə bərabər olub. 101 min uduş əldə etmək ehtimalı olan better cəmi 12 min qazanc üçün riskə gedib.

Amma Messinin hesabı açdığı oyunda asiyalılar əzmkar qələbəyə sevinib – 2:1. Bununla da aşağı əmsala risk özünü doğrultmayıb.

Qeyd edək ki, bu sensasiyadan daha iki proqnozsevərin böyük məbləğ uduzduğu daha öncə bəlli olmuşdu. Onlardan biri Argentinanın 1,13 əmsallıq qələbəsi üçün 160, digəri 1,70 əmsallıq -2,5 foralı qələbəsi üçün 100 min dollarından keçib.
 

writer photo
Əlirza Əlirzalı
0