“Araz-Naxçıvan”ın baş məşqçisi: “Bir xal qazandıq”
07.10.2023 - 21:12
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Bir xal qazandıq”

"Çətin oyun oldu. Birinci hissə daha çox topsuz qaldıq. Meydandakı öz işimizi ikinci yarıda gördük. Fasilədən sonra daha çox hücuma çıxmağa çalışdıq. Səfər oyunu idi. Nəticə bizi qane etdi".

Apasport.az xəbər verir ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 9-cu turunun “Sabah”la(1:1) görüşündən sonra deyib.

- “Sabah” hesabı bərabərləşdirdikdən sonra sanki bir xala razılaşmışdınız...

- Futbolda belə şeylər olur. Qol vuran tərəf psixoloji cəhətdən üstülüyü ələ alır. İki-üç dəqiqə vaxt lazımdır ki, futbolçular duruçu geri qaytarsınlar. Bu hal yaşandı. Amma şükürlər olsunki, bir xal qazandıq. Xallarımızı çoxaltmalıyıq.
 

writer photo
Əlirza Əlirzalı
0