Misli Premyer Liqasının növbəti turunda “Qarabağ”la qarşılaşacaq “Araz-Naxçıvan” məşqlərini davam etdirir.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Komanda günü bir məşqlə yekunlaşdırıb. Günün birinci yarısında Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçirilən məşqdə zədə səbəbindən “Qəbələ” ilə görüşü buraxan İsmayıl Azzaui də iştirak edib. Yarımmüdafiəçi son çempionla duelə hazırdır.
Eyni zamanda, yüngül zədəsi olan Vanderson da kollektiv çalışmalara qatılıb. Dayaq yarımmüdafiəçisi də baş məşqçinin şans verəcəyi təqdirdə, meydana çıxa biləcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Qarabağ” oyunu oktyabrın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Saat 19:00-da start götürəcək görüş CBC Sportla canlı yayımlanacaq.