Qollu KUPON
04.06.2022 - 15:47
Qollu KUPON

Bu gün Millətlər Liqasında Litva və Lüksemburq yığmaları üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, qarşılaşmaya proqnoz verən mütəxəssislər görüşdə aşkar favorit görmür.

Rusiyalı futbol eksperti Semyon Qonçarov da nəticə deyil, qollara proqnoz verməyi təklif edir:

Səviyyəsinə görə yuxarı-aşağı bərabər olan komandaların görüşüdür. Litva və Lüksemburq yığmaları ulduzları ilə diqqət çəkmir.

Amma öz aralarında heç də pis olmayan futbol nümayiş etdirə bilirlər. Komandaların son üç şəxsi oyununda hər iki tərəf qol sevinci yaşayıb.

Bu da mənim üçün yetərli faktdır. Düşünürəm ki, yenə ən azı iki qol görəcəyik.

writer photo
Əlirza Əlirzalı
0