"Fənərbaxça" portuqaliyalı futbolçunu transfer etmək istəyir
13.04.2024 - 10:49
"Fənərbaxça" portuqaliyalı futbolçunu transfer etmək istəyir

"Fənərbaxça" yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, bu barədə "O Jogo" nəşri məlumat yayıb.

Bildirilib ki, İstanbul nəhəngi "Moreyrense"də çıxış edən Qonçalo Frankonu transfer etmək istəyir. "Fənərbaxça" 23 yaşlı dayaq yarımmüdafiəçisi üçün Portuqaliya klubu ilə danışıqlara başlayacaq.

"Bülbüllər" portuqaliyalıya illik 2 milyon avro maaş təklif edəcək.

writer photo
Əlirza Əlirzalı
0