Kişi voleybolçular arasında ilin ilk oyunlarının vaxtı bilindi
10.01.2024 - 14:50
Kişi voleybolçular arasında ilin ilk oyunlarının vaxtı bilindi

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk qarşılaşmalarının vaxtı açıqlanıb. 

Apasport.az xəbər verir ki, yanvarın 11-də kişi voleybolçuların Yüksək Liqasında 8-ci tur çərçivəsində 2 oyun baş tutacaq.

Günün ilk qarşılaşması “Murov Az Terminal” klubunun idman zalında təşkil olunacaq. Oyun saat 16:00-da “Neftçi” və MOİK komandaları arasında keçiriləcək.

Turun növbəti qarşılaşmasında isə “Murov Az Terminal” komandası “AZERRAIL”lə üz-üzə gələcək. Oyun GİN-nin Voleybol Mərkəzində saat 18:00-da başlayacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

11 yanvar

Yüksək Liqa (kişilər)

VIII tur

16:00. “Neftçi” - MOİK

Ünvan: Biləcəri qəsəbəsi. M. Hüseynzadə küç 2. “Murov Az Terminal” VK idman zalı.

18:00. “Murov Az Terminal” - “AZERRAIL” (CBC Sport -canlı)

Ünvan: Bakı şəhəri. GİN-nin Voleybol Mərkəzi

writer photo
Əlirza Əlirzalı
0