Sərxan Hacıyev: “Məqsəd qələbə olmalıdır” - MÜSAHİBƏ
12.10.2023 - 23:43
Sərxan Hacıyev: “Məqsəd qələbə olmalıdır” - MÜSAHİBƏ

AFFA-nın baş katibi Sərxan Hacıyev Estoniya – Azərbaycan matçından əvvəl komandanın şansları baərdə danışıb. Apasport.az Sport24.az-ın Tallinə ezam olunmuş əməkdaşına istinadən xəbər verir ki, baş katibitaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Əcnəbi məşqçilərə qulaq asırıq. Canni de Byazinin indicə başa çatan konfransında da, təəssüf ki, məşqçi Azərbaycan millisinin oyunundan danışmaqdansa, sərhçiliklə məşğul idi. Azərbaycan futbolunun problemlərindən, futbolçu çatışmazlığından, rəqiblərin səviyyə üstünlüyündən və onların futbolçularının güclü çempionatlarda oynamağından danışır. Sanki bura məşqçilik deyil, şərhçiliyə gəlib. Bəlkə AFFA de Byaziyə gözləntisini düzgün çatdıra bilməyib? Çünki adam 4-cü tsikldi işləyir və yenə problemlərdən danışır. Hansı ki, bunları biz də bilirik. Problem nədədir? Ola bilər ki, AFFA Canını de Byazinin qarşısına əlindən nə gəlir, elə işlə şərti qoyub? 
- O qaydada heç bir şərt qoyulmayıb. Əlbəttə ki, hər bir baş məşqçi məsələ, sualla bağlı tutarlı və əsaslı səbəb gətirməsi məcburiyyətindədir. Tsikl başa çatdıqdan sonra İcraiyyə Komitəsinin iclasında məşqçidən hesabat tələb olunacaq. Bu cür iclaslarda hesabatlar dinlənilir və suallara cavab alınır. Mətbuat konfranslarında hansısa suallara şərh kimi cavab verməsinə dəqiq nəsə deyə bilmərəm.

- Yəni hansısa əcnəbi məşqçi gəlibsə, gozləntimiz bizə problemləri danışması deyil, o problemlərdən çıxış yolunu tapmasıdı? Nəticə gözləyirik. Yəqin AFFA da nəticə gözlədiyi üçün baş məşqçini saxlayıb. Çünki bu nəticələri yerli məşqçilərimiz də verə bilərdi. Hərdən əcnəbilər rəqiblərin güclü olduğunu deyillər. Təbii ki, rəqib güclü olduğu üçün biz də güclü məşqçi axtarırıq. Rəqiblər zəif olsa, öz məşqçilərimizlə, imkanlarımızla öhdəsindən gələrdik. 
- İK-nin iclaslarında eyni suallar baş məşqçiyə verilir. Ümumi olaraq belə deyə bilərəm ki, verilən cavablar nəzərə alınır və gələcəkdə müəyyən qərarlar çıxarılacaq.

- Canni de Byazi təyin olunanda qarşısına heç bir məqsəd qoyulmadığını demişdi. 3 ildən sonra da belə hiss olunur ki, nə fikri, nə də gələcəklə bağlı planları var. Heyətdən də görünür ki, perspektivə hesablanmış heyət də deyil. Sözlərindən belə çıxır ki, bu rəqiblərlə eyni qrupdan nə gözləmək olar? Əgər uduzacaqdıqsa, heç olmasa gənclərdən heyət qura bilməzdi? Belə anlaşılır ki, bu məşqçinin nə planı, nə də gələcəklə bağlı düşüncəsi var. Sadəcə, vaxt keçirir...
- Bu məsələ ilə bağlı onu qeyd edim ki, ilk növbədə hər hansısa bir məşqçi oyuna çıxırsa və oyundan öncə məğlub olursa, bu düzgün deyil. Təbii ki, mən hələ sizə konfransda hansı cavabın verildiyini bilmirəm. Düşünürəm ki, rəqibdən, qrupdan asılı olmayaraq komanda qələbə üçün çıxmalıdır. Məqsəd qələbə olmalıdır. Hazirda müəyyən reallıqlar var. Bunlari nəzərə alaraq, Avropa çempionatının final mərhələsinə vəsiqə məqsədi çətindir. Qarşıya müsbət dinamikalı oyun göstərmək məqsədi qoyulub. Bunun yerinə yetirilib-yetirilməməsinə aidiyyatı komitə tərəfindən baxılır. Müəyyən qərarlar verilir. Onu da vurğulamaq istərdim ki, belə fikir formalaşırsa ki, qrup çətindir və biz heç nə edə bilmərik, bu düzgün deyil.

- Özbəkistanda Elxan Məmmədovla görüşünüz olub. Bu görüşlə bağlı məlumat verərdiniz.
- Görüş Elxan Məmmədovla deyil, ümumi Avropa və Asiya federasiyaları ilə olub. Özbəkistan səfəri iki hissəli oldu. İlk hissədə bir neçə federasiya - Portuqaliya, Avstriya, Azərbaycan, Macarıstan, Qazaxıstan iştirak edirdi. Asiyadan Türkmənistan, Qırğızıstan iştirak edirdi. Burada sırf fikir və təcrübə mübadiləsi üçün görüş idi. Biz də infrastruktur sahəsində görülən işlərlə bağlı təqdimat etmişdik. İkinci görüş isə türkdilli ölkələr arasında idi və baş katiblər iştirak edirdi. Burada FİFA və UEFA nümayəndələri də iştirak edirdi. Burada əsas məqsəd türkdilli ölkələr arasında müəyyən əməkdaşlıq yaratmaq idi. Müəyyən liqa yarışlarının keçirilməsi, məşqçilik sahəsində, ola bilsin hakimliklə bağlı təcrübə mübadiləsi istiqamətində görüşlər idi. Ümumi olaraq görüş bu istiqamətdə idi.

- Bəs Elxan Məmmədovla görüş olmadı?
- Xeyr, ayrı görüşümüz olmayıb.

- Qeyd etdiniz ki, Avropa çempionatının final mərhələsinə çıxmaq real deyil. Konkret olaraq, xal məqsədi qarşıya qoyulur? 
- Belə cavab verim. Əslində bunlar bir-birinə bağlı məsələdir. Xal deyə bilmərəm. Konkret belə tələb yoxdur ki, bu mövsüm filan qədər xal toplayacaqsan. Ancaq düşünürəm ki, tutarlı, yaxşı oyun göstərmək elə xala bağlı olan məsələdir. Yaxşı oyun göstərdiyində, müsbət dinamika görəcəyik ki, bu da xalın artmasına səbəb o
 

writer photo
Əlirza Əlirzalı
0