DÇ-2022: Almaniya topsuz qaldı
28.11.2022 - 12:32
DÇ-2022-nin II turunda İspaniya ilə qarşılaşan Almaniya millisi antirekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, Bundestim 1:1 hesabı ilə başa çatan qarşılaşmada topsuz qalıb.
Belə ki, Hans-Diter Flikin yetirmələrinin topa sahibolma faizi 35,8 faiz təşkil edib. Bu, Almaniya yığmasının dünya çempionatlarında antirekordudur. Bu göstəricinin hesablanmağa başladığı DÇ-1966-dan sonrakı müddətdə Bundestim bu qədər topsuz qalmayıb.
Qeyd edək ki, buna qədər antirekord 1986-cı ilin Mərakeşlə matçına təsadüf etmişdi. Həmin vaxt almanlar 39 faizlik göstərici ilə kifayətlənib.
0
0