“Konfans Liqasındakı ilk oyuna qədər daha 2-3 futbolçu transfer etmək istəyirik”.
Apasport.az saytının məlumatına görə, bunu Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Aris”in baş məşqçisi Aleksey Şpilevski deyib.
Kipr mətbuatına danışan belaruslu mütəxəssis Azərbaycan klubu ilə matçın hazırlığından bəhs edib. Limassol təmsilçisinin 34 yaşlı yeni baş məşqçisi hər iki komandanın eyni durumda olduğunu vurğulayıb: “Neftçi” bizimlə eyni situasiyadadır. Onlar da hazırlığa başlayıb və yeni baş məşqçiləri var. Bu tip matçlara yüz faiz hazır olmaq mümkün deyil. Amma bu cür görüşlərin əlavə motivasiyası var. Tam hazır olmasaq belə, “döyüşəcəyik”. Hər dəfə meydana gücümüzü göstərmək üçün son şansımız kimi çıxırıq”.
Qeyd edək ki, “Neftçi” ilə “Aris” arasında ilk oyun iyulun 21-də “AEK Arena”da (21:30), cavab görüşü isə bir həftə sonra “Bakcell Arena”da (21:00) keçirəcək.