“Aris”in baş məşqçisi: “Neftçi”dən qorxmuruq"
20.07.2022 - 19:18
“Aris”in baş məşqçisi: “Neftçi”dən qorxmuruq"

“Bizi “Neftçi” ilə çətin oyun gözləyir”.

Apasport.az saytının məlumatına görə, bunu Kiprin “Aris” klubunun baş məşqçisi Aleksey Şpilevski Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyun barədə danışarkən deyib.

Limassol təmsilçisinin çalışdırıcısı sabah “AEK Arena”da baş tutacaq qarşılaşma ilə bağlı düşüncələrini mətbuat konfransında bölüşüb: “Çox intensiv hazırlıq keçmişik. Sabah qarşılaşacağımız “Neftçi” də güclü rəqibdir. Komanda şəklində sabahkı qarşılaşmaya hazırlaşmışıq. “Neftçi”nin kifayət qədər avrokubok təcrübəsi var. Amma bu o demək deyil ki, rəqibdən qorxuruq. Sabah biz də sona qədər mübarizə aparacağıq. Rəqibə hörmətlə yanaşırıq, amma qorxmuruq".

Şpilevski “Neftçi”dəki dəyişiklikləri düzgün analiz etdiklərini vurğulayıb: “Neftçi”nin yeni baş məşqçisi, yeni üslubu, transferləri var. Ancaq onlara qarşı planımız var. Yaxşı oyun keçirəcəyimizə inanıram. Evdə çıxış edəcəyimiz üçün azarkeşlərin bizdən hücum futbolu tələb eləməsi normaldır. Təbii ki, rəqibin necə oynamasından, oyun üslubundan da asılı olacaq. Biz oyuna nəzarət etməyə, uğurlu nəticə qazanmağa çalışacağıq”.

writer photo
Əlirza Əlirzalı
0