"Arsenal"ın idman direktoru Ferdi Kadıoğlunu izləyib
03.03.2024 - 16:41
"Arsenal"ın idman direktoru Ferdi Kadıoğlunu izləyib

İngiltərə nəhəngi "Arsenal"ın idman direktoru Edu Qasparın ötən gün "Hatayspor"un "Fənərbaxça"nı qəbul etdiyi oyunda Ferdi Kadıoğlunu izlədiyi iddia edilib.

Apasport.az "Sabah"a istinadla xəbər verir ki, Britaniya komandası Türkiyə millisinin 24 yaşlı futbolçusunu nəzarət altında saxlayır. 

"Bülbüllər" bu mövsüm Super Liqada cəmi bir matçı buraxan və digər bütün matçlarda 90 dəqiqə meydanda qalan Ferdi üçün rekord transfer haqqı gözləyir.

Qeyd edək ki, türkiyəli futbolçu bu mövsüm bütün turnirlərdə 37 matça çıxıb, 2 qol, 3 asistlə yadda qalıb. 

writer photo
Əlirza Əlirzalı
0