Atletika üzrə Bakı şəhər qış birinciliyi keçiriləcək
16.01.2024 - 17:55
Atletika üzrə Bakı şəhər qış birinciliyi keçiriləcək

Respublika Olimpiya Mərkəzində 2007-2008 təvəllüdlü idmançılar arasında atletika üzrə Bakı şəhər qış birinciliyi keçiriləcək.

Apasport.az Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, turnir yanvarın 18-19-da təşkil olunacaq.

Yarışda 9 idman klubu və cəmiyyətindən 120 nəfərin iştirakı gözlənilir.

Şəhər birinciliyinin proqramına 3 təkanla tullanma, hündürlüyə tullanma, 60 m (s/q-da daxildir), 200 m, 400 m, 800 m, 1500 m, 3000 m məsafəyə qaçış, 4x200 m estafet qaçışı daxildir.

writer photo
Əlirza Əlirzalı
0