Avropa çempionatında üç medal
17.10.2022 - 16:21
Avropa çempionatında üç medal

Azərbaycan ağırlıqqaldıranı Tehran Məmmədov Avropa çempionatının üç medal qazanıb.

Apasport.az saytının məlumatına görə, idmançımız gənclər arasında qitə birinciliyində fərqlənib.

Albaniyanın Dürres şəhərində keçirilən yarışda 20 yaşadək atletlər arasında mübarizə aparan təmsilçimiz 61 kq çəkidə qüvvəsini sınayıb. O, birdən qaldırmada 120 kq nəticə ilə gümüş, təkanla qaldırmada 141 kq göstərici ilə bürünc əldə edib. İki hərəkətin cəmində 261 kq nəticəyə imza atan Tehran Avropa çempionatını gümüş mükafatla başa vurub.

Qeyd edək ki, oktyabrın 15-də start götürən yaşı 20 və 23-ə qədər olan atletlər arasında çempionata ayın 25-də yekun vurulacaq. Yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edir.
 

writer photo
Əlirza Əlirzalı
0