Avropa Oyunları: Taekvondo yığmamız 7-ci oldu
27.06.2023 - 11:04
Avropa Oyunları: Taekvondo yığmamız 7-ci oldu

Krakov-2023 III Avropa Oyunlarında taekvondo yarışları başa çatıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması Polşada 2 medal qazanıb.

Səyyad Dadaşov 54 kq çəkidə 2-ci yeri tutub. Qaşım Maqomedov isə 58 kq çəkidə bürünc mükafata sahib çıxıb.

Kişilərdən ibarət milli komandamız Avropa Oyunlarında 7-ci yeri tutub. 8 medal dəstinin sahibini tapdığı yarışda İspaniya 1-ci, Xorvatiya 2-ci, Böyük Britaniya 3-cü yeri tutub. Bu üç komandadan başqa, yalnız İtaliya, Danimarka və Gürcüstan çempionluq sevinci yaşayıb. Azərbaycan yığması bu 6 komandanın ardından 7-ci sırada qərarlaşıb. Ümumilikdə isə kişilərin yarışlarında 17 ölkə təmsilçisi medala sahib çıxıb.

yer

Ölkə

Q

G

B

Cəmi

1

İspaniya

3

0

3

6

2

Xorvatiya

1

1

1

3

3

Böyük Britaniya

1

1

0

2

4

İtaliya

1

0

1

2

4

Danimarka

1

0

1

2

6

Gürcüstan

1

0

0

1

7

Azərbaycan

0

1

1

2

8

Bosniya və H.

0

1

0

1

8

İrlandiya

0

1

0

1

8

Ş.MaKedoniya

0

1

0

1

8

Norveç

0

1

0

1

8

Sloveniya

0

1

0

1

13

Yunanıstan

0

0

3

3

14

Türkiyə

0

0

2

2

14

Fransa

0

0

2

2

16

Serbiya

0

0

1

1

16

Macarıstan

0

0

1

1

   

8

8

16

32

Taekvondo yarışlarının ümumi medal sıralamasında da İspaniya qalib olub. Xorvatiyanın 2-ci olduğu cədvəldə Türkiyə 3-cüdür. 

Azərbaycan yığması Krakov-2023-də 11-ci yeri tutub. Ümumilikdə isə 16 medal dəstini 24 ölkədən olan taekvondoçular qazanıb.

yer

Ölkə

Q

G

B

Cəmi

1

İspaniya

4

2

3

9

2

Xorvatiya

3

1

3

7

3

Türkiyə

2

1

3

6

4

Böyük Britaniya

2

1

2

5

5

İtaliya

1

1

2

4

6

Serbiya

1

1

1

3

7

Danimarka

1

0

1

2

8

Belçika

1

0

0

1

8

Gürcüstan

1

0

0

1

10

Macarıstan

0

1

2

3

11

Azərbaycan

0

1

1

2

11

Çexiya

0

1

1

2

13

Bosniya və H.

0

1

0

1

13

İrlandiya

0

1

0

1

13

Ş.MaKedoniya

0

1

0

1

13

Norveç

0

1

0

1

13

Polşa

0

1

0

1

13

Sloveniya

0

1

0

1

19

Fransa

0

0

5

5

20

Yunanıstan

0

0

3

3

21

Almaniya

0

0

2

2

22

Bolqarıstan

0

0

1

1

22

Kipr

0

0

1

1

22

Latviya

0

0

1

1

   

16

16

32

64

writer photo
Əlirza Əlirzalı
0