Avropa Oyunlarında iştirak edəcək şahmatçılarımız dəqiqləşdi
11.04.2023 - 13:19
Avropa Oyunlarında iştirak edəcək şahmatçılarımız dəqiqləşdi

Polşanın ev sahibliyi edəcəyi III Avropa Oyunları çərçivəsində şahmat yarışları keçiriləcək. 

Apasport.az saytı xəbər verir ki, Avropa Şahmat İttifaqının məlumatına əsasən şahmat turniri iyunun 19-da olacaq.

Azərbaycan Şahmat Federasiyası artıq komandanın heyəti ilə bağlı ərizəni təşkilatçılara göndərib. Polşadakı yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə təmsil edəcək.

Qeyd edək ki, qaydalara əsasən 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaq. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqinə əsasən seçilib. Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaq.
 

writer photo
Əlirza Əlirzalı
0