Avropada 4 komandadan biri – “Qarabağ”
17.10.2022 - 09:42
Avropada 4 komandadan biri – “Qarabağ”

Misli Premyer Liqasının X turunda “Sumqayıt” üzərində 3:1 hesablı qələbə qazanan “Qarabağ” itkisiz irəliləməkdə davam edir.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Avropada öz liqasında büdrəməyən 4 komandadan biridir.

Qurban Qurbanovun kollektivi ilə yanaşı, Lüksemburq klubu “Düdelanj”, Yunanıstan təmsilçisi “Panatinaikos” və Ukrayna "Dnepr-1"i də eyni uğuru davam etdirir. “Qarabağ”la “Düdelanj” 9 matçdır qələbələri sıralayırsa, “Panatinaikos”da bu say 8-ə, "Dnepr-1"də isə 6-ya bərabərdir.

Azərbaycan və Lüksemburq çempionlarının top fərqi də eynidir. Yeganə fərq “Düdelanj”ın bir qol çox vurub, bir top çox buraxmasıdır. Yəni lüksemburqlularda top fərqi 29:8, “Qarabağ”da 28:7-dir. “Panatinaikos” 8 görüşdə 14 top vurub, qapısında cəmi 2 qol görüb. "Dnepr-1" 2 dəfə mərkəzə dəvət olubsa, rəqib qapıçılarını 17 dəfə cəzalandırıb.

Qeyd edək ki, “Qarabağ” Premyer Liqada növbəti oyununu oktyabrın 20-də “Turan Tovuz”a qarşı keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0