Andre Onana “Mançester Yunayted” azarkeşlərinin qəzəbinə tuş gəlib.
Apasport.az xəbər verir ki, 27 yaşlı qapıçı Çempionlar Liqasının “Qalatasaray”la (2:3) matçında etdiyi səhvlərə görə oyunun “ulduzlar”ı sırasında yer alıb.
Kamerunlu qolkiperin sosial media hesablarına hücum edən ingilis azarkeşlər 30 dəqiqə içərisində 140 min mesaj yazıblar. Onlar çərçivə qoruyucusunu tənqid edərək, baş məşqçi Erik ten Haqın səhv qərar verdiyini yazıblar. Futbolsevərlər komandanın türkiyəli qapıçısı Altay Bayındırın növbəti matçda oynamalı olduğunu düşünürlər.
Qeyd edək ki, Çempionlar Liqasındakı uğursuz çıxışını davam etdirən “Mançester Yunated” ikinci matçında da meydandan xalsız ayrılmış oldu.