Misli Premyer Liqasının XII turunun "Kəpəz" - "Səbail" matçından (1:0) sonra meydan sahiblərinin çalışdırıcısı Azər Bağırovun mətbuat konfransı keçirilib.
"Son oyunlarda komandamızda ruh yüksəkliyi yaranmışdı. Bu gün uşaqlar sona qədər mübarizə apardı. Meydana sonradan daxil olanlar özlərini yaxşı göstərdi. Oyundan-oyuna daha yaxşı olacağıq".
- Son dəqiqə qolu komandaya əlavə motivasiya verəcək?
- Ötən matçda son dəqiqələrdə qol buraxdıq, bu gün isə son dəqiqədə qol vurduq. Sona qədər qol vurmaq istədiyimiz yaxşı motivasiyadır. İkinci hissədə daha yaxşı idik. İlk yarıda küləyə qarşı oynayırdıq. Layiqli qələbə qazandıq.
- Orxan Əliyevin oyunundan narazı idiz?
- İlk dəqiqələrdə çox top itirdi. Özünü narahat hiss edirdi. Bəzən belə məqamlarda oyunçunu əvəzləməklə ona fayda verirsən. Bu gün "Səbail" də bizə sürpriz etdi. Onların beşli müdafiə ilə oynayacağını gözləmirdik. Amma futbolçularım sonradan buna uyğunlaşdılar.