“Arsenal”a 170 milyonluq TRANSFER XƏRCİ
05.05.2023 - 14:01
“Arsenal”a 170 milyonluq TRANSFER XƏRCİ

“Arsenal”ın yay transferləri üçün ayırdığı vəsaitin məbləği bəlli olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun rəhbərliyi yeni futbolçuların alınmasına 170 milyon avro ayıracaq.

Londonlular bu məbləği heyətin gücləndirilməsinə xərcləməyi zəruri sayıb. Transferlər baş məşqçi Mikel Artetanın istəyi ilə reallaşacaq.

“Arsenal”ın əsas hədəfi “Vest Hem”in yarımmüdafiəçisi Deklan Raysdır. Arteta müdafiəçi alınmasını da istəyir.

Qeyd edək ki, 34 oyundan sonra 78 xala malik “topçular” Premyer Liqada 2-ci pillədə qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0