"Qəbələ" yoxlama oyununda "Mingəçevir"in qonağı olub
19.08.2024 - 19:40
"Qəbələ" yoxlama oyununda "Mingəçevir"in qonağı olub

Yeni mövsümə hazırlığını davam etdirən "Qəbələ" növbəti yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, "qırmızı-qaralar" səfərdə Mingəçevirlə üz-üzə gəlib. 

Y. Məmmədzadə adına Mingəçevir şəhər stadionunda baş tutan matç qonaqların 0:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Ruslan Voronsov, Domi Jaures, Sənan Ağalarov və Mehrac Baxşalı fərqləniblər.

Qeyd edək ki, bu, "Qəbələ"nin 4-cü yoldaşlıq oyunu olub. Klub bundan əvvəl "Əl-Yarmuk" (2:2), "Zaqatala" (2:0) və "Cəbrayıl"la (5:2) görüşüb.

writer photo
Əlirza Əlirzalı
0