Azərbaycan – Avstriya oyununda yunan hakimlər
13.10.2023 - 12:35
Azərbaycan – Avstriya oyununda yunan hakimlər

Azərbaycan – Avstriya oyununun hakimləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

AVRO-2024-ün seçmə mərhələsinin oktyabrın 16-da keçiriləcək matçını Yunanıstan təmsilçiləri idarə edəcək. Qarşılaşmanın baş hakimi Aristotelis Diamantopulos olacaq.

Ona həmyerliləri Konstantinos Psarris və Andreas Meintanas kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anastasios Papapetrou yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0