Azərbaycan bədii gimnastı Fransada medal qazandı
09.04.2023 - 01:26
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən XXXIV beynəlxalq Qran Pridə gümüş medal əldə edib.
Apasport.az xəbər verir ki, 22 yaşlı idmançı çoxnövçülük proqramında fəxri kürsünün 2-ci pilləsinə qalxıb.
Qeyd edək ki, yarışa aprelin 7-də start verilib və ayın 9-dək davam edəcək. Zöhrə Ağamirova ilə yanaşı, Azərbaycanın böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandasının üzvləri – Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina da Qran Pridə mübarizə aparır.
0
0