Azərbaycan millisi bu gün Belarusu qəbul edəcək.
Apasport.az saytının məlumatına görə, yığmamız Millətlər Liqasının IV turunda Belarusu qəbul edəcək.
C liqasının 3-cü qrupunun matçı proqnozsevərlər və ekspertlərin də maraq dairəsindədir. Belaruslu mütəxəssis Nikolay Xodaseviç görüşlə bağlı proqnoz verib:
I dövrədən sonra öz qrupunda autsayder olan iki komanda üz-üzə gələcək. Hər iki komanda qələbəsizdir. İkisi bir yerdə 6 oyunda cəmi 1 qol vurub. Nəzəriyyədə həm belaruslar, həm azərbaycanlılar hələ də “dördlük”də birinci olmaq üçün mübariz apara bilər. Amma Qazaxıstan və Slovakiya kifayət qədər yaxşı üstünlük əldə edib. Bu üstünlüyü dağıtmaq lazım gələcək.
Azərbaycan yığması duelin favoriti sayılır. Bukmekerlərin Bakıda keçiriləcək qarşılaşmada meydan amilini xüsusi nəzərə alması bir az təəccüblüdür. Səviyyəsinə görə komandalar bir-birinə uyğundur. Bunu bir neçə gün əvvəl Serbiyada baş tutan matçda da sübut etdilər. Görüşdən qolsuz heç-heçə qeydə alındı. Qonaqların minimal oyun üstünlüyü olsa belə.
Buna baxmayaraq, Belarus matça maksimal köklənəcək və heç-heçədən yapışmağa çalışacaq. Bu bir xal məşqçilər korpusunda dəyişiklik olmaması üçün yetərlidir. Georgi Kondratyevə ultimatum hələ Qazaxıstanla matçdan öncə verilib ki, iki məğlubiyyət istefa deməkdir. Bir heç-heçə əldə olunub və ikinci üçün səfərə gediblər.
Belarus səfərə yaxşı əhval ruhiyyədə yollanıb. Çünki qazaxlara qarşı yaxşı oyun göstərdilər. Əgər həmin köklənməni saxlasalar, qalib gələ də bilərlər. Belə pat vəziyyətlərinə düşəndə belaruslar bəzən heç kimin gözləmədiyi nəticələr də qazanır. Bu üzdən də onlardan qələbə gözləyirəm.
Proqnozum: Fora2 (0)