Azərbaycan Beynəlxalq Universitet İdman Festivalında 10 boksçu ilə təmsil olunacaq
16.08.2023 - 10:29
Azərbaycan Beynəlxalq Universitet İdman Festivalında 10 boksçu ilə təmsil olunacaq

Avqustun 19-dan 31-dək Rusiyanın Yekaterinburq şəhərində Beynəlxalq Universitet İdman Festivalı keçiriləcək. 

Federasiyadan apasport.az saytına verilən məlumata görə, Yekaterinburq şəhərinin 300 illik yubileyinin qeyd olunmasına həsr edilən yarışda boks üzrə Azərbaycan milli komandası da mübarizə aparacaq. 

Elbrus Rzayevin rəhbərlik edəcəyi kişilərdən ibarət yığmada Tural Sarıyev (51 kq), Nicat Hüseynov (54 kq), Amin Məmmədzadə (57 kq), Əzrək Bəbirov (60 kq), İlqar Salahov (67 kq), Şəmsi Şahbazov (71 kq) və Fərhad Şeydayev (75 kq) qüvvəsini sınayacaq. Komanda bu gün səfərə yollanıb. 

Qadınlardan ibarət yığma isə festivalda 3 idmançı ilə təmsil olunacaq. Rafiq İsmayılovun rəhbərliyi altında Mehparə Məmmədova (48 kq), Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) rinqə çıxacaq. Qadın boksçularımız Yekaterinburqa avqustun 17-də gedəcəklər. 

Qeyd edək ki, Beynəlxalq Universitet İdman Festivalında boks yarışları avqustun 19-da başlayacaq və 7 gün davam edəcək. 

writer photo
Əlirza Əlirzalı
0