Yurgen Klinsmann yenidən millidə
27.02.2023 - 15:25
Yurgen Klinsmann yenidən millidə

Cənubi Koreya millisinin yeni baş məşqçisi bəlli olub.

Apasport.az saytı xəbər verir ki, bu post Yurgen Klinsmanna həvalə edilib. 

Almaniyalı mütəxəssis ilə 3,5 illik müqavilə imzalanıb. Əmək haqqı hər iki tərəfin razılığı ilə açıqlanmayıb. 

Klinsmann gələn həftədən işə başlayacaq. 58 yaşlı məşqçinin debüt oyunu martın 24-də Ulsanda Kolumbiya ilə yoldaşlıq oyunu olacaq.

Qeyd edək ki, Klinsmann Almaniya və ABŞ millilərində, həmçinin “Bavariya” və “Herta” komandalarında baş məşqçi olub. O, bu postda portuqaliyalı Paulu Bentunu əvəzləyib. 

writer photo
Əlirza Əlirzalı
0