Azərbaycan boksçusu Avropa kubokunun finalında
14.10.2023 - 10:02
Azərbaycan boksçusu Avropa kubokunun finalında

Monteneqronun Budva şəhərində boks üzrə Avropa kubokunda yarımfinal mərhələsi başa çatıb. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.

Azərbaycan millisinin 1 üzvü finala yüksəlib. 63,5 kq çəkidə Ahmat Ştivi (İsrail) döyüşdən imtina etdiyi üçün Malik Həsənov həlledici görüşdə qüvvəsini sınacaq. Boksçumuz çempionluq üçün Qabil Məmmədovla (Rusiya) mübarizə aparacaq. 

Digər boksçularımızdan Tural Sarıyev (48 kq) yarımfinalda Artiş Soyanla (Rusiya), Tayfur Əliyev (60 kq) Sofyan Umia (Fransa) ilə, Sərxan Əliyev (71 kq) Damian Durkajla (Polşa) və Mirşərif Kazımzadə (75 kq) Cambulat Bijamovla (Rusiya) qarşılaşıb. Bu görüşlərdə rəqiblər mərhələ adladığından boksçularımızın 4-ü də Avropa kubokunu bürünc medalla başa vurub.

writer photo
Əlirza Əlirzalı
0