Mauro İkardi gecəyə damğa vurdu: "Fənər, ağlama" - VİDEO
28.05.2024 - 00:39
Mauro İkardi gecəyə damğa vurdu: "Fənər, ağlama"   - VİDEO

Türkiyə Super Liqasında 2023-2024 mövsümünün qalibi olan "Qalatasaray" doğma stadionu "Rams Park"da azarkeşləriylə birlikdə çempionluğunu qeyd edib.

Apasportun xəbərinə görə, "sarı-qırmızılılar"ın argentinalı ulduzu Mauro İkardi gecəyə damğa vurub.

Belə ki, mövsümün bombardiri olan Mauro "çempionluq koridoru"ndan "Fənərbaxça" azarkeşlərinin Edin Cekoya ithaf etdiyi "beni sev" mahnısının sədaları altında keçib. 

Daha sonra bu mahnı yerini "Qalatasaray" azarkeşlərinin İkardiyə həsr etdiyi "aşkın olayım" musiqisinə verib.

"Fənərbaxça" azarkeşlərinin qəzəbinə səbəb olan əsas "iş"i isə Mauro sona saxlayıb.

Hücumçu mikrofonu əlinə alaraq "fənər, ağlama" şüarı səsləndirib.

Xatırladaq ki, bu şüarı 2014-2015-ci il mövsümü çempionluğundan sonra "cimbom"un sabiq oyunçusu Uesley Sneyder də səsləndirmişdi.

Mauro İkardinin həmin görüntülərini təqdim edirik:

writer photo
Əlirza Əlirzalı
0