Bu gün gənclər arasında boks üzrə Azərbaycan birinciliyinə start veriləcək.
Apasport.az saytının məlumatına görə, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 56 komandanın 215 oğlan boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:30-da, döyüşlər saat 13:00-da başlanacaq. Qaliblərin adına isə dekabrın 22-də aydınlıq gələcək.
Bununla yanaşı, yeniyetmə və gənc qızlar, həmçinin qadın boksçular arasında da ölkənin ən güclüsü bəlli olacaq.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, birinciliyin baş hakimi Emil Qurbanəliyev olacaq.