Azərbaycan çempionatında 59 komanda
01.11.2023 - 12:10
Azərbaycan çempionatında 59 komanda

Bu gün gənclər arasında boks üzrə Azərbaycan birinciliyinə start veriləcək. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.

Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Çempionata 59 komandanın 227 oğlan boksçusu qatılacaq. 

Yarışın açılış mərasimi saat 13:30-da, döyüşlər saat 14:00-da başlanacaq. Qaliblərin adına isə noyabrın 6-da aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlı olacaq. Özbəkistanlı Aleksandr Hamidov və qırğızıstanlı Jamila Borkoyeva jüri funksiyasını yerinə yetirəcək.

writer photo
Əlirza Əlirzalı
0