Azərbaycan çempionatında komanda sayının dəqiqləşəcəyi vaxt açıqlandı
14.06.2023 - 11:49
Azərbaycan çempionatında komanda sayının dəqiqləşəcəyi vaxt açıqlandı

AFFA-nın İcraiyyə Komitəsinin iclasının vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

Yığıncaq iyunun 16-da baş tutacaq. Tədbir “Dalğa Arena”da keçiriləcək.

Saat 11:30-da başlayacaq iclasın gündəliyi də müəyyənləşib. İcraiyyə Komitəsi bu məsələlərlə bağlı qərar verəcək:

1. 2023-2024-cü illər mövsümündə I Divizionda çıxış edəcək komandaların siyahısının təsdiqi

2. II Divizionun təsis olunması, turnirdə iştirak edəcək komandaların siyahısının müzakirəsi

3. Lisenziyalaşdırma qaydaları ilə bağlı müvafiq əlavə və dəyişikliklər

4. Premyer Liqa və Azərbaycan kuboku uğrunda yarışın oyunlarının yayım hüququnun klublara dövlət tərəfindən ayrılan maliyyə yardımı vasitəsilə tənzimlənməsi

5. Premyer Liqada əvəzetmə sayı və legioner rüsumunun müzakirəsi

6. Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinat

7. Digər məsələlər

writer photo
Əlirza Əlirzalı
0