Qurban Qurbanov: “Danışıqlar apardığımız futbolçular var”
26.12.2022 - 17:19
Qurban Qurbanov: “Danışıqlar apardığımız futbolçular var”

"Hazırda "Qarabağ"ın danışıqlar apardığı futbolçular var. Deyə bilərəm ki, danışıqlar gərgin gedir".

Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. 

O, qış transfer pəncərəsi zamanı oyunçu almaq istədiklərini və bu istiqamətdə səylə çalışdıqlarını deyib: "İstəyirik ki, oyunçular alaq. Daha çox orta xətt və hücuma futbolçu axtarırıq. Müdafiə xətti üçün də axtarışdayıq. Ümumiyyətlə, hər mövqelər diqqətimizdədir. Bəzən bizim bir mövqedə üç oyunçumuz olsa da, orada istəyimiz dördüncü futbolçu olanda da onunla maraqlanırıq. Yəni komanda istirahətə getsə də, biz fəaliyyətdəyik və iş dayanmır. Gedənlərin qarşısını almağa, gətirmək istədiklərimizi isə transfer etməyə çalışırıq" (qol.az).

writer photo
Əlirza Əlirzalı
0