Azərbaycan çempionu Torreslə anlaşdı
21.10.2022 - 10:46
Azərbaycan çempionu Torreslə anlaşdı

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” heyətinə daha bir hücumçu qatıb.

Apasport.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, Çempionlar Liqasında iştirak edəcək təmsilçimiz braziliyalı Pedro Torreslə anlaşıb. 

Forvard Naxçıvan klubuna ancaq Çempionlar Liqasının oyunlarında kömək edəcək. Pedronun adı artıq UEFA-ya göndərilmiş ilkin siyahıya əlavə olunub.

Qeyd edək ki, 23 yaşlı futzalçının son klubu Qazaxıstan “Bayterek”i olub. O, 9 oyunda 3 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0