"Real"dan yeni rekord
26.01.2024 - 09:14
"Real"dan yeni rekord

2022/23 mövsümündə ən çox gəlir əldə edən klubların siyahısı açıqlanıb.

Apasport.az xəbər verir ki, Madrid “Real”ı ötən mövsümün rekordçusu adını alıb.

Bu barədə “Deloitte” audit şirkəti illik hesabatında məlumat verib.

Sözügedən dövrdə “Kral klubu”nun gəliri 831,4 milyon avro təşkil edib ki, bu da bir il əvvəlki göstəricidən 118 milyon çoxdur.

“Mançester Siti” 825,9 milyon göstərici ilə ikinci yeri tutub. PSJ reytinq tarixində ilk dəfə ilk üçlüyə daxil olub - 801,8 milyon.

Siyahıda “Barselona” (800,1 milyon), “Mançester Yunayted” (745,8 milyon), “Bavariya” (744 milyon), “Liverpul” (682,9 milyon), “Tottenhem” (631,5 milyon), “Çelsi” (589,4 milyon) və “Arsenal” (532,6 milyon) kimi tanınmış klublar da yer alıb.

writer photo
Əlirza Əlirzalı
0