Azərbaycan futbolunda İLK
03.11.2022 - 23:45
Azərbaycan futbolunda İLK

“Qarabağ” daha bir ilkə imza atıb.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri avrokuboklarda qrup üçüncüsü kimi digər turnirə düşən ilk Azərbaycan klubu olub.

Təmsilçimiz Avropa Liqasında qrupundan Konfrans Liqasının pley-offuna düşüb. Qurban Qurbanovun yetirmələri bunu bacaran ilk Azərbaycan klubu kimi tarixə düşüb. 

Bu, VI turda rəsmiləşib. Bakıda “Frayburq”la görüşən “Qarabağ” 1:1 hesablı heç-heçə ilə G qrupunda 3-cü yeri tutub. “Nant”ın Yunanıstanda “Olimpiakos”u 2:0 hesabı ilə udması çempionumuzu Konfrans Liqasına daşıyıb.

Bununla da “Qarabağ” həm də bir mövsümdə hər üç avrokubokda oynayan ikinci Azərbaycan klubu olub. Ötən mövsüm “Neftçi”də Çempionlar Liqasından Avropa Liqasına, oradan da Konfrans Liqasına düşmüşdü. Amma bakılılar qrupa qədər mübarizəni dayandırmışdı.
 

writer photo
Əlirza Əlirzalı
0