Azərbaycan – İordaniya matçında türkiyəli hakimlər
10.09.2023 - 14:54
Sentyabrın 12-də Azərbaycan və İordaniya yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Apasport.az saytı xəbər verir ki, qarşılaşmanı idarə edəcək hakimlər briqadası bəlli olub.
Matçda ədaləti türkiyəli Arda Kardeşlərin başçılıq edəcəyi heyət qoruyacaq. FİFA referesi olan Kardeşlərin köməkçiləri Ceyhun Sesigüzel və İbrahiç Çağlar Uyarcan olacaqlar.
Qeyd edək ki, “Dalğa-Arena”da baş tutacaq oyun saat 20:00-da start götürəcək.
0
0