Azərbaycan klubundan Çempionlar Liqasında ilk
01.09.2022 - 22:06
Azərbaycan klubundan Çempionlar Liqasında ilk

Azərbaycan minifutbol tarixində bir ilk yaşanıb.

Apasport.az Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Beerbaşa” komandası EMF Çempionlar Liqasında ilk qələbəsini qazanıb.

Təmsilçimiz 2022-ci il mövsümünün B qrupunun ikinci turu çərçivəsində Bolqarıstan təmsilçisi “DXC Technology”ni 5:1 hesabıyla məğlub edib. “Beerbaşa” avrokuboklarda qələbə və ilk xal qazanan Azərbaycan klubu kimi adını minifutbol tariximizə yazdırıb.

Qeyd edək ki, bunadək təmsilçilərimiz turnirdə xal qazanmayıb.
 

writer photo
Əlirza Əlirzalı
0