"Bavariya"nın ulduzu klubdan ayrıla bilər
26.08.2024 - 21:54
"Bavariya"nın ulduzu klubdan ayrıla bilər

"Bavariya"nın futbolçusu Kinqsli Komanın komandadan gedəcəyi dəqiqləşib.

Apasport.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.

Gələcəyi ilə bağlı dəqiq qərar verməyən fransız futbolçu İngiltərə klubları ilə danışıqlar aparır.

Qeyd edək ki, son matçda Vinsent Kompani Komanı sonradan meydana daxil etmiş, futbolçunun komandadan ayrılacağı ilə bağlı xəbərlər yenidən gündəmə gəlmişdi.

writer photo
Əlirza Əlirzalı
0