Azərbaycan kubokunda finalın stadionu açıqlandı
01.03.2023 - 16:48
Azərbaycan kubokunda finalın stadionu açıqlandı

Azərbaycan kubokunun 2022/2023 mövsümünün final matçının keçiriləcəyi stadion müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqası açıqlayıb.

Qurumun qərarına əsasən oyun “Bakcell Arena”da baş tutacaq. Ölkə kubokunun həlledici qarşılaşması öncədən elan olunduğu kimi iyun ayının 3-də keçiriləcək. 
 

writer photo
Əlirza Əlirzalı
0