Millimiz Belarusda təlim-məşq toplanışı keçir
24.09.2024 - 12:43
Millimiz Belarusda təlim-məşq toplanışı keçir

Sərbəst güləş üzrə millimiz Belarusda təlim-məşq toplanışı keçir. 

Apasport.az xəbər verir ki, Minskdə yerləşən “Stayki” İdman Mərkəzində təşkil olunan hazırlıq prosesində məşqlər yerli komandayla birgə keçirilir.  

Yığmamız ötən həftə Belarusun paytaxtında baş tutan Aleksandr Medvedin xatirə turnirində iştirak etdikdən sonra həmin məkanda toplanışa start verib. Sentyabrın 23-də başlayan hazırlıq prosesi oktyabrın 5-dək davam edəcək. 

Qeyd edək ki, baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında keçirilən TMT oktyabrda Albaniyada təşkil ediləcək U-23 və böyüklər arasında dünya çempionatlarına hazırlıq xarakteri daşıyır.

writer photo
Əlirza Əlirzalı
0